Azərbaycan Yazıçılar Birliyi qadın şairə Aləmzər Sadıqqızı haqqında bəyanat yayıb.Bəyanatda bildirilir ki, son zamanlar Yazıçlar Birliyində ?mənzil qalmaqalı? adı ilə KİV-ə yol tapan yazılar ədəbi ictimaiyyəti çaşdırmaq üçün bir vasitəyə çevrilib: ?Təəssüf doğuran odur ki, Azərbaycan Yazıçılar Birliyinin üzvü olan bəzi yazarlar belə şər və böhtanlara nəinki rəvac verir, onların ayaq tutub yeriməsi üçün canfəşanlıq edirlər. ?Yalan ayaq tutar ancaq yeriməz? deyib atalar. Aləmzər Sadıqqızının bu yolda etdiyi ?qəhrəmanlıq? lap ?ürəkaçandır?. Mənzil növbəsində sonuncu adam olmasına baxmayaraq bəzi agentlikləri, saytları və mətbu orqanları yalanla, şər-böhtanla bol-bol təmin edən A.Sadıqqızı Azərbaycan Yazıçılar Birliyinin, burada çalışan insanları təhqir etməkdə davam edir?. Bəyanatda o da qeyd olunur ki, mənzil növbəsində olanların tələbinə uyğun olaraq o, etdiyi hərəkətlərə görə yazılı şəkildə üzr etməsə, onun üzvlük və işdə qalıb-qalmaması məsələsi katiblikdə müzakirəyə çıxarılacaq: ?Yaxşı olar ki, A.Sadıqqızı tez bir zamanda tutduğu bu çirkin yoldan çəkilsin, haqq yolunu tutsun?.#601; olanlar