?Qalatasaray? futbol klubu transfer məsələlərində gözləmə mövqeyinə keçdi. ?Sarı-qırmızılı?ların belə mövqeyə keçməsi, UEFA-nın Türkiyədəki danışılmış oyunlarla bağlı mayın 31-də verəcəyi cəzanın açıqlanacağıdır. Müstəqil İnformasiya Agentliyi ?NTV spor?a istinadən xəbər verir ki, baş məşqçi Fateh Terimin transfer siyahısını hazırlayıb, rəhbərliyi təqdim etməsindən sonra gözlər UEFA-nın verəcəyi qərara dikilib: ?UEFA qərarını mayın 31-də açıqlayacaq. Doğrudur, ?Qalatasaray?ın adı danışılmış oyunlarda hallanmır. Amma UEFA-dan Türkiyə Futbol Federasiyası və turk komandalarına qarşı ehtimal olunan cəza ilə bağlı təmkinli davranmaq məcburiyyəti yaranıb. ?Qalatasaray? Çempionlar Liqasına gedə bilməyəcəyi halda, büdcəsini azaltmaqla bərabər, transfer siyasətinə də yenidən baxmalı olacaq?. Xatırladaq ki, UEFA-nın verəcəyi qərar arasında bütün türk klublarının Çempionlar Liqası və Avroliqadan kənarda saxlanılması variantı da var.