?Klublarımızın artıq avrokubokların qrup mərhələsində çıxış etmək vaxtıdı. Düzdü, klublarda az iş aparılmır. Lakin daha böyük uğurlar görmək istərdik?. Bu sözləri Batumidə jurnalistlərə AFFA prezidenti Rövnəq Abdullayev deyib. O, əlavə edib ki, klublarımızın bu mövsüm uğur qazanacağına inanır: ?Ümid edirəm ki, bu mövsüm bütün klublarımız yaxşı nəticələri ilə bizi sevindirəcəklər. Lakin burda püşkatmadan da çox şey asılıdı. Çox ümid edirəm ki, Avropa Liqasının, eləcə də Çempionlar Liqasının püşkatması zamanı klublarımıza güclü rəqiblər düşməyəcək. Mən klublarımıza inanıram?.