Bu gün - 2012-ci il may ayının 28-də Klassik Xalq Cəbhəsi Partiyasının mənzil qərargahında Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının İdarə Heyətinin növbəti yığıncağı keçirilib. Yığıncaqda qəbul olunmuş qərarların icrası müzakirə olunub. Qərarlarının icrası barədə məlumat nəzərə alınıb. DCUMH İdarə Heyəti 28 May ? Respublika Günü münasibəti ilə Azərbaycan xalqını təbrik edib. DCUMH İdarə Heyəti İran hakimiyyətinin dini müqəddəslərdən siyasi məqsədlər üçün istifadə etməsini kəskin pisləyərək, Azərbaycanın daxili işlərinə qarışmamasını tələb etmişdir.