?Xalq Gəzintisi? zamanı saxlanılan müxalifət fəallarına inzibati cəza verilib
Mayın 25-də Azərbaycan paytaxtında, Dənizkənarı Milli Parkda İctimai Palatanın ?Xalq Gəzintisi? zamanı saxlanılan 4 müxalifət fəalı məhkəmənin hökmü ilə inzibati həbs cəzasına məhkum edilib. İctimai Palatanın Mətbuat Mərkəzindən verilən məlumata görə, bunlar Cəmil Hacıyev (6 sutka, ADP), Rövşən Nəsirli (5 sutka, bitərəf), Dəyanət Babayev (6 sutka, AXCP) və Təzəxan Mirələmlidir (5 sutka, AXCP).
Bundan başqa, 15-dən artıq müxalifət fəalı müxtəlif məbləğlərdə cərimələnib və məhkəmə qərarı ilə xəbərdarlıq olunub. Müsavat Partiyası başqanının müavini Tofiq Yaqublunun verdiyi məlumata görə, hazırda Səbayel Rayon Məhkəməsində müxalifət fəallının işinə baxılır.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51