Bu gün saat 16.20-də hakimiyyət dairələrinə yaxın 30 nəfərə yaxın gənc Əli Kərimlinin yaşadığı binanın qarşısında toplaşıb aksiya keçirməyə cəhd göstəriblər. Bu barədə musavat.com-a "Yeni Müsavat"ın müxbiri Emil Salamoğlu hadisə yerindən xəbər verib. Reportyorumuzun sözlərinə görə, hansısa universitetin aşağı kurs tələbələrinə oxşayan gənclər Əli Kərimlinin bir neçə gün öncə İctimai Palata rəhbərliyinin mətbuat konfransında Azərbaycan-İran münasibətlərinə dair dediyi sözləri əsas götürərək ona qarşı şüarlar səsləndiriblər. Polis aksiyanı dağıtmağa, gəncləri binadan uzaqlaşdırmağa çalışıb. Nəticədə qarşıdurma olub.