Misir Mərdanov ?Son zəng?lə bağlı əmr imzalayıb
Təhsil naziri Misir Mərdanov ümumtəhsil məktəblərində ?Son zəng? tədbirinin keçirilməsi haqqında əmr imzalayıb. Əmrə əsasən, ümumtəhsil məktəblərində ?son zəng? tədbiri mayın 31-də saat 10:00-dan başlayaraq üç saat müddətində yalnız müəssisənin ərazisində keçiriləcək. Həmin tədbirində valideyn komitələri, valideyn-müəllim assosiasiyaları və ictimaiyyətin nümayəndələrinin iştirakı təmin ediləcək.
Əmrə əsasən, Naxçıvan MR Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələrinə tapşırılıb ki, ?Son zəng?in məzmunlu keçirilməsi ilə bağlı təşkilati işləri vaxtında başa çatdırsınlar, şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görsünlər və bu tədbiri məzunların həyatında yadda qalan əlamətdar hadisəyə çevirmək üçün valideynlərlə pedaqoji kollektivin birgə səmərəli fəaliyyətinə nail olsunlar.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19