Avropa Parlamenti Azərbaycanla bağlı qətnamə qəbul etdi
Avropa Parlamenti Azərbaycanda insan haqlarının vəziyyətinə dair qətnamə qəbul edib. Mayın 24-də qəbul olunmuş qətnamədə Azərbaycan hökuməti ifadə və birləşmə azadlığının məhdudlaşdırılması üçün tətbiq etdiyi bütün addımları dərhal dayandırmağa çağırılır. ?Dinc etiraz aksiyalarına imkan verilməlidir? ? deyə qeyd olunan sənəddə həmçinin jurnalist İdrak Abbasovun döyülməsi, başqa bir jurnalist Xədicə İsmayılovaya qarşı ?şantaj və təhdid kampaniyası? pislənir.
Avropa Parlamenti hazırda həbsdə saxlanan 6 jurnalistin dərhal azadlığa buraxılmasına da çağırır. Eurovision-2012 mahnı müsabiqəsinin Bakıda keçirilməsinə toxunan sənəddə bu yarışmaya görə insanların evlərindən zorla çıxarılmaları, onların mülkiyyət hüquqlarının pozulmasından da narahat olduğunu bildirir.
Sənəddə həmçinin radikal islamçı qrupların Eurovision-2012 mahnı yarışı iştirakçıları və tamaşaçılara qarşı səsləndirdikləri təhdidləri də pislənir.
Mayın 24-də ABŞ Dövlət Departamenti, Amnesty İnternational da ölkədə insan haqlarının vəziyyətinə görə Azərbaycan hakimiyyətini tənqid edən hesabatlar yayıblar.
Bakıda isə rəsmilər belə tənqidləri rədd edirlər. Prezident Administrasiyasında İctimai-Siyasi şöbənin müdiri Əli Həsənov Eurovision-2012 mahnı yarışının Bakıda keçirildiyi günlərdə belə tənqidlərin çoxalmasını Azərbaycanın beynəlxlaq nüfuzunu ləkələmək cəhdi kimi qiymətləndirib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51