Prezident İlham Əliyev Abşeron rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda yetmiş üç min nəfər əhalinin yaşadığı 5 yaşayış məntəqəsini birləşdirən Saray-Novxanı-Mehdiabad-Fatmayı-Görədil avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Abşeron Rayon İcra Hakimiyyətinə ilkin olaraq 4,0 (dörd) milyon manat ayrılması nəzərdə tutulur.