AiDP Arif Hacılının məktubuna münasibət bildirdi
?Biz AİDP olaraq Arif Hacılının həbsdən azad olunmasını lap əvvəldən tələb etmişik. Onun və digər müxalifətçi fəalların həbsdə saxlanmasını Azərbaycanın onsuz da pis olan imici üçün mənfi hal saydığımızı demişik. İndi də həmin fikrimizdə qalırırq. Amma Arif Hacılının prezidentə müxalifətçilərin həbsdən azad olunmasına dair məktub ünvanlamasını təqdir etmirik?.
Bu fikirləri Azərbaycan İslam Demokrat Partiyasının (AİDP) sədri Tahir Abbaslı partiyanın mətbuat xidmətinə verdiyi açıqlamada deyib. Onun fikrincə bu davranış məhbuslara azadlıq şüarı altında keçirilən mitinqlərin, sərt açıqlamaların səmimiliyini şübhə altına salır və özünü ana müxalifət adlandıran qüvvənin iqtidarın inhisarında olduğunu göstərir: ?Əslində həbsdən sonra hüquq müdafiəçisi kimi ortalığa çıxan Eynulla Fətullayevin də Arif Hacılıya görə prezidentə müraciət etməsi də müəyyən bir planın mövcudluğundan xəbər verir?.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51