Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyev bu gün Türkiyəyə işgüzar səfərə gedib. ALDP sədri Türkiyə Liberal Demokrat Partiyasının (TLDP) sədri Cem Tokerin dəvəti ilə bu ölkəyə səfər edir. ALDP Mətbuat Xidməti bildirir ki, səfər çərçivəsində F.Əliyevin təkcə Türkiyə liberl demokratların rəhbərliyi ilə deyil, həmçinin Türkiyənin digər siyasi xadimləri və partiya sədrləri ilə də görüşü planlaşdırılır.