Metro istifadəçilərinə xoş xəbər. Yayda Bakı metrosunda hava çatışmazlığı və isti ilə əlaqədar sərnişinlərin çətinlik çəkməsinin qarşısını almaq üçün vaqonlarda kondisioner quraşdırılacaq. Bakı metropoliteninin rəisi Tağı Əhmədov bir müddət əvvəl açıqlamasında yeni Yasamal yaşayış massivindən Bülbülə qəsəbəsinə kimi çəkiləcək 19 kilometrlik metro xəttində işləyəcək vaqonlarda kondisioner olacağını bildirib. Kondisionerli qatarların 2013-cü ildə xəttə buraxılacağı bildirilir.