Bəxtiyar Hacıyevin Apellyasiya məhkəməsi keçiriləcək
May ayının 21-i saat 10.30-da Bakı Apellyasiya məhkəməsində gənc fəal, deputatlığa keçmiş namizəd Bəxtiyar Hacıyevin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı müraciətinə baxılacaq. İclasa hakim Mirzəli Abbasov sədrlik edəcək.
Xatırladaq ki, ABŞ-ın Harvard universiteti məzunu olan Bəxtiyar Hacıyev keçən 2011-ci il mart ayının 4-də həbs edilib, may ayının 18-də barəsində ?hərbi xidmətdən yayınma? ittihamı ilə 2 illik həbs qərarı verilib. 2012-ci ilin martında cəza müddətinin yarısının bitməsi ilə əlaqədar Bəxtiyar Hacıyev Qaradağ Rayon Məhkəməsinə müraciət edib. O, Cinayət Məcəlləsinin 76.3-cü maddəsinə əsasən cəzasının çəkilməmiş hissəsinin azadlıqdan şərti məhrumetmə ilə əvəzlənməsini istəyib. Məhkəmə vicdan məhbusunun bu istəyini təmin etməyib. Bəxtiyar Hacıyevin Bakı Apellyasiya Məhkəməsinə şikayəti rayon məhkəməsinin 2012-ci il martın 29-da çıxardığı bu qərarla bağlıdır. Gənc fəal apellyasiya instansiyasından Qaradağ məhkəməsinin qərarının ləğv olunmasını və şərti azadlığa buraxılmasını tələb edir.
Hal-hazırda Qaradağ rayon, Qızıldaş qəsəbəsində yerləşən 14 saylı cəzaçəkmə müəssisəsində saxlanan Bəxtiyar Hacıyev Amnesty İnternational və bir çox beynəlxalq insan hüquqları təşkilatları tərəfindən ?vicdan məhbusu? elan edilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51