Tanınmış muğam ifaçısı, xalq artisti Qəndab Quliyeva yeni mənzilinə telefon xətti çəkdirməsi ilə bağlı saytımızda yayımlanan xəbərə münasibət bildirib. Bu barədə MİA-ya açıqlama verən Qəndab xanım deyib ki, sözügedən xəbərdə əks olunan fikirlər əsassızdır: ?Mən bilmirəm ki, mənə yaxın olan hansı adam o məlumatı sizə verib, amma mənim telefonla bağlı problemim olmayıb. Prezident mənə ev verib, mən də Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə müraciət etmişəm ki, evimə telefon çəksinlər. Nazirlik də Xətai Telefon Qovşağına tapşırıb ki, evə telefon çəkilsin. Onlar da problem yaratmadan evə telefon xətti çəkiblər. Mən istəmərəm ki, kimsə mənim adımdan yalan məlumat versin. Heç kim məndən pul istəməyib, heç kim mənə problem yaratmayıb. Mən özüm də elə adam deyiləm ki, bu cür məsələlərin mətbuata çıxmasında maraqlı olum. Əgər kimsə belə bir məlumatı sizə veribsə, deməli, mənim adımın mənfi yöndə hallanmasını istəyir?.