Bakı Şəhər İcra Hakimiyyəti İctimai Palatanın 19 may mitinqi ilə bağlı müraciətinə cavab verib. Meriya yenə də müxalifət qüvvələrinə mitinq keçirmək üçün Səbail rayonundakı ?20-ci sahə?ni təklif edib. İctimai Palata Bakı şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə mitinq keçirməkdən imtina edib. Bakı Meriyası mitinqin ?İnqilab? kinoteatrının qarşısında keçirilməsini məqsədə uyğun hesab etmədiyini cavabında açıqlayıb. G.Aslanlı həmçinin qeyd edib ki, İctimai Palata meriyanın cavabına uyğun olaraq müvafiq addım atacaq. Qeyd edək ki, İctimai Palata 19 may mitinqinin ?İnqilab? kinoteatrının qarşısından Süleyman Sani Axundov küçəsində yürüş etmək ?Dərnəgül? metrostansiyasının yaxınlığındakı meydanda keçirilməsi üçün Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi.