[/center]Türkiyədə, İstanbulun Kadıköy məhəlləsində minlərlə arı 12 mərtəbəli binanın ən üst mərtəbəsinə hücum edib. Arıların pəncərələrə qonaraq, orada özlərinə mövqe seçməsi ev sahibəsini çılğına döndərib. Həyəcanla yerli bələdiyyəyə zəng edən ev sahibi Səma Gürü oradan Arı Yetişdiriciləri Birliyinə yönəldiblər. Müstəqil İnformasiya Agentliyi Türkiyə xəbər portallarına istinadən məlumat verir ki, birliyin sədri Onur Çilək şəxsən hadisə yerinə gəlib və qoruyucu geyimlə pəncərədəki minlərlə arıları çuvala doldurub: ?Kraliça arının çuvala qonması ilə digər arılar da onun ardınca sürətlə çuvala giriblər?. Təhlükədən qurtulan ev sahibəsi isə arıların məhz onun mənzilini seçmələrindən məmnunluğunu da ifadə edib.