Müxalifətin 2011-ci ilin 2 aprel aksiyasına görə həbs olunan Elnur Məcidli həbsdən azad edilib. Bu barədə ?Qafqazinfo?ya onun atası Arzuman Məcidli məlumat verib. A.Məcidli bildirib ki, hazırda oğlu evdədir. A.Məcidli evdə çoxlu qonaqların olduğundan ətrflı danışmayıb. Qeyd edək ki, E.Məcidli cəzasının 1/3-ni çkdiyi üçün həbsdən azad olunması üçün məhkəməyə müraciət etmişdi.