Azərbaycanın ?Eurovision-2012? təmsilçisi Səbinə Babayevanın çıxışında dəyişiklik olunub. Təmsilçimizin PR işlərilə məşğul olan şirkətdən verilən məlumata görə, Səbinə mayın 26-da səhnəyə Azərbaycanın xalq artisti, dünyaca məşhur muğam ustadı Alim Qasımovla birgə çıxacaq. Onlar ?When the Music Dies? mahnısını birgə ifa edəcəklər. Alim Qasımov Səbinənin çıxışında xüsusi parça ifa edəcək və tamaşaçılara ənənəvi Azərbaycan musiqisinin elementlərini təqdim edəcək.