Bu gün Azərbaycan Liberal Partiyasının sədri Əvəz Temirxan Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıçla görüşüb. MİA-ya daxil olan məlumata görə, görüşdə Azərbaycan-Türkiyə münasibətləri, ölkədaxili vəziyyət müzakirə mövzusu olub. Görüş zamanı Əvəz Temirxan ALP-nin Türkiyə-Azərbaycan münasibətləri ilə bağlı ALP-nin mövqeyiqni səfirin diqqətinə çatdırıb. Bundan əlavə, Ə.Temirxan Azərbaycandakı demokratik vəziyyətlə bağlı ALP-nin mövqeyini səfirlə bölüşüb.