Dünyanın 22 ən gözəl qızları dünya gözəllik yarışında iştirak etmək üçün Türkiyənin Bodrum şəhərinə gəliblər. Onlar mayın 18-də keçiriləcək yarışmanın sınaq mərhələsində iştirak edəcəklər. Qaliblər iyunun 28-də Filipində baş tutacaq ?Miss World League Of Beauty and Fashion 2012? beynəlxalq gözəllik yarışının inalına vəsiqə qazanacaqlar. Xatırladaq ki, gözəllik yarışının təşkilatçısı Ermənistan vətəndaşı Aşot Xacaturyandır. Sınaq mərhələsində Türkiyə, Brazilya, Portuqaliya, Çexiya, Slovakya, Dominika Respublikası, Veytenam, Belarus, Ukrayna, Litva, Ermənistan, Tataristan, Qazaxıstan, Finlandiya, Kanada, Rusiya, Makedoniya, Moldova, İtaliya, Estoniya və Gürcistandan gəlmiş gözəllər yarışırlar.