Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadaya səfər etdi
Yeni Azərbaycan Partiyasının nümayəndə heyəti Kanadaya səfər etdi. Nümayəndə heyəti mayın 14-də, səfər çərçivəsində Azərbaycan Respublikasının Kanadadakı səfirliyində brifinq keçirəcək, 28 may - Respublika Günü münasibəti ilə rəsmi ziyafətdə iştirak edəcək, daha sonra Liberallar Partiyasının müdafiə məsələləri üzrə tənqidçisi, millət vəkili cənab Con Makey (John McKay) ilə görüşəcək.
YAP-ın nümayəndə heyəti mayın 15-də Yeni Demokratik Partiyasının xarici işlər üzrə tənqidçisi, millət vəkili cənab Pol Düar (Paul Dewar) ilə görüşdən sonra Kanada-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, Kanada Parlamentinin Mühafizəkarlar Partiyasından olan üzvü cənab Barri Devolin ilə işçi nahar edəcəkdir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51