Istiqlalçı deputatlar ilham Əliyevə müraciət etdilər
Bu gün Müsavat Partiyasının qərargahında istiqlalçı deputatların (1990-95-ci illərdə fəaliyyət göstərmiş və Azərbaycanın dövlət müstəqilliyi qazanması barədə konstitusiya aktına imza qoyan sabiq deputatlar nəzərdə tutulur) toplantısı olub.
İstiqlalçı deputatların bugünkü toplantısı vaxtilə onlarla bir cərgədə olan, hazırda vicdan məhbusu kimi cəza çəkən Arif Hacılı başqa olmaqla, digər vicdan məhbuslarının azadlığa buraxılmasına nail olmaq barədə müzakirə aparmaq olub.
Toplantıda istiqlalçı deputatlardan Müsavat başqanı İsa Qəmbər, Hacıbaba Əzimov, İxtiyar Şirin, Sülhəddin Əkbər, İbrahim İbrahimli, eləcə də o illərdə AXC liderlərindən biri olmuş Pənah Hüseyn, AXCP sədri Əli Kərimli və başqaları iştirak ediblər.
Hacıbaba Əzimov vicdan məhbuslarının azadlığa buraxılması xahişinin nəzərdə tutan müraciətin mətnini oxuyub, mətn toplantı iştirakçıları tərəfindən razılaşdırılıb.
Qeyd olunub ki, bu müraciətə hazırda toplantıda iştirak etməyən və xaricdə olan digər istiqlalçı deputatlar da qoşulmaq barədə şifahi razılıq veriblər. Müraciətin mətni onlar tərəfindən də imzalandıqdan sonra yaxın günlərdə prezident İlham Əliyev göndəriləcək.
musavat.com
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51