Fransada prezident seçkilərində məğlub olan sabiq prezident Nikolas Sarkozi ölkəyə rəhbərlik etdiyi 5 il müddətində barəsində dolaşan rüşvət və korrupsiya iddiaları səbəbindən məhkəmə önünə çıxarılma riski ilə qarşılaşıb. Fransa mətbuatına istinad edən ?Habertürk?ün xəbərinə görə, vəzifəsindən ayrılması ilə toxunulmazlığı bir aya qalxacaq sabiq prezident haqqında 3 ayrı-ayrı məhkəmə davası açılıb: ?İyun ayının ortalarında toxunulmazlığı bitəcək Sarkozinin 1990-cı illərdə Pakistana dənizaltı hərbi sursat satışındakı rüşvət, ötən seçki kampaniyasında kosmetika nəhəngi ?L?Oreal?ın varisi Liliane Bettenkourtdan və öldürülən Liviya lideri Qəddafidən milyonlarla dollar alması haqda iddialarla bağlı məhkəmə qarşısında izah verəcəyi gözlənilir?. #305;b: ?