Azərbaycanda dövriyyəyə 200 və 500 manatlıq əsginazlar buraxıla bilər. Bu sözləri Mərkəzi Bankın sədri Elman Rüstəmov deyib. Onun sözlərinə görə, hazırda bu məsələ gündəlikdə olmasa da, bununla bağlı layihə-dizayn işləri aparılır: ?Müvafiq qərardan sonra əsginazların buraxılması mümkün olacaq. Ümid edirəm ki, bu, yaxın illərdə baş verə bilər?. Bank rəhbəri onu da deyib ki, yeni ipoteka proqramı yaxın bir ay ərzində yekunlaşdırılacaq. Onun sözlərinə görə, konsepsiya razılaşdırılmaq üçün müvafiq qurumlara təqdim olunacaq, daha sonra isə hökumətə təqdim olunacaq. E.Rüstəmov kommersiya ipotekasının həcmi azaldıldığını, proqram tam dayandırılmadığını bildirib: ?Bununla yanaşı, sosial ipoteka verilməsi davam edir. İpoteka ilə əlaqədar yeni strategiya düşünürük və həmin strategiya çərçivəsində işləri davam etdiririk?.