İspaniyanın "Valensiya" klubunun yeni baş məşqçisinin adına aydınlıq gəlib. Türkiyə milli komandasının formasını geyinən Mehmet Topalın şərəfini qoruduğu komandanı yeni mövsümdən Maurisio Peleqrino çalışdıracaq. Xatırladaq ki, bu mövsüm La Liqanı 3-cü pillədə bitirən və Avropa Liqasının yarımfinalına qədər irəliləyən "Valensiya"nın rəhbərliyi hazırki baş məşqçi Unay Emeri ilə mövsümün sonunda yollarını ayıracağıni bəyan etmişdir.Bu posta Peleqrinonu gətirən rəhbərlik argentinalı mütəxəssislə 2 illik müqavilə imzalayıb. Qeyd edək ki, daha öncə baş məşqçi postunda çalışmayan Peleqrino 1999-2005-ci illərdə "Valensiya"da oynamış və ardından isə "Liverpul" və "İnter"də Rafael Benitezin köməkçisi işləyib.