İngiltərə Premyer ? Liqasının çempionu da bilindi. Son həftəyə lider girən ?Mançester Siti? oynunun əsas vaxtına əlavə edilmiş 4 dəqiqədə 2 qol vuraraq, 44 ildən sonra çempionluğa yenidən qovuşdu. ?Queens Park Rangers?lə (HFR) qarşılaşmaya sürətli başlayan Mançinin komandası 37-ci dəqiqədə Yaya Turenin ötürməsi ilə Pablo Zabaletanin simasında önə çıxıb. Lakin qonaqlar ruhdan düşməyiblər. 48-ci dəqiqədə Sisse bərabərlik qolunu vurub. Bu qoldan 18 dəqiqə sonra isə Maskie hesabdakı fərqi artırıb ? 1:2. Bu qoldan sonra ?Mançester Siti?li futbolçular şoka düşüblər. Oyunun sonlarına yaxın hücumlarının kəsərini artıran Mançinin yetirmələri 90+2-də Edin Dzekonun, 90+4-də isə Aquerunun qolu ilə çempionluqlarını bayram ediblər. Qeyd edək ki, Siti ilə eyni xalı paylaşan ?Mançester Yunayted?də qələbə qazanıb. Lakin aralarındakı oyunun nəticəsinə görə ?Mançester Siti? çempion olub.