Vətəndaş və İnkişaf Partiyası (VİP) Gənclər Təşkilatı (GT) İdarə Heyətinin iclası keçirilib. İclasda təşkilatın yenidən qurulması və işinin təkmilləşdirılməsi, VİP-in yaradılmasının 6-cı ildönümünə hazırlıq və cari məsələlər müzakirə edilib. Gündəliyin birinci məsələsi ilə bağlı çıxış edən İdarə Heyətinin üzvləri bu istiqamətdə həyata keçirilən fəaliyyətin VİP-in Mərkəzi Aparatı ilə birgə hazırlanmış Fəaliyyət Planına uyğun qaydada davam etdirildiyini diqqətə çatdırıblar. İdarə Heyətinin üzvləri fəaliyyətin səmərəliliyinin artırılması ilə bağlı əlavə təkliflərini irəli sürüblər. İclasda GT-nin VİP-in yaradılmasının 6-cı ildönümü ilə əlaqədar nəzərdə tutulan tədbirlərdə yüksək səviyyədə iştirakının vacibliyi önə çəkilib və bu çərçivədə gənclərin üzərinə düşən vəzifələr qeyd olunub. İdarə Heyətinin üzvləri bu məsələdə VİP Mərkəzi Aparatı ilə əlaqəli fəaliyyət göstəriləcəyini diqqətə çatdırıblar. Toplantıda cari məsələlər də müzakirə olunub və uyğun qərarlar qəbul edilib.