Ermənistanda keçirilən parlament seçkilərində prezident Serj Sarkisyanın rəhbərli etdiyi Respublika Partiyasının qalib gəldiyini elan olunub. Bülletenlərin 85 faizi sayıldıqdan sonra parlamentə 5 partiya və 1 blokun keçdiyi məlum olub. Respublika Partiyası 44.51 faiz toplayıb. ?Çiçəklənən Ermənistan? Partiyası 30,34, Erməni Milli Konqresi 6,89, Daşnaksutyun 5,63, İrs Partiyası 5,60, Orinats Erkis 5,43. Digər partiyalar aşağıdakı kimi səs toplayıb: Kommunist Partiyası 1,05, Demokrat Partiyası 0,35, Birləşmiş Ermənilər Partiyası 0,20. Qeyd edək ki, 600 müşahidəçinin izlədiyi seçkilərlə bağlı çox sayda şikayətlər daxil olib.