Meriya ictimai Palataya cavab verdi
Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) İctimai Palatanın (İP) mayın 6-na təyin etdiyi yürüş-mitinqlə bağlı məktubuna rəsmi cavab verib. Bu barədə Müsavat Partiyasından verilən məlumata görə, Bakı Meriyası cavab məktubunda İctimai Palatanın yürüş-mitinqinin yenidən Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsini təklif edib.
İcitmai Palatanın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmış mitinqə gedib-getməməsi ilə bağlı bildirilib ki, məsələ Koordinasiya Şurasının mayın 4-də keçiriləcək iclasında müzakirə olunacaq və müvafiq qərar veriləcək.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51