Bu gündən etibarən ölkə ərazisində əcnəbi teleserialların yayımına qoyulan qadağa qanuni qüvvəyə minib. Bundan sonra telekanallarımızda əcnəbi seriallara rast gəlməyəcəyik. Xatırladaq ki, bu barədə bir neçə gün əvvəl Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli konkret açıqlama verib. O, bildirib ki, qanunu pozan telekanala qarşı sərt tədbirlər görüləcək: ?MTRŞ-nın qərarları kanallar üçün məcburidir. Qəbul etməsələr, qərarı yerinə yetirməsələr, adekvat addımlar atılacaq?.