YAP-ın idarə Heyəti toplandı
Bu gün Yeni Azərbaycan Partiyası İdarə Heyətinin iclası keçirilib. İclasda YAP Sədrinin müavini - İcra katibi Əli Əhmədov İdarə Heyətinin gündəliyindəki məsələlər barədə məlumat verib. Bildirib ki, hər il olduğu kimi bu il də Heydər Əliyevin anadan olduğu gün Azərbaycan ictimaiyyəti və Yeni Azərbaycan Partiyası tərəfindən geniş şəkildə qeyd ediləcək. İdarə Heyəti Lider Heydər Əliyevin anadan olmasının 89-cu il dönümü ilə əlaqədar Yeni Azərbaycan Partiyasının tədbirlər planını təsdiq edib.
İclasda qeyd olunub ki, bu il Yeni Azərbaycan Partiyası üçün yubiley ili kimi əlamətdardır. Bununla əlaqədar olaraq, Yeni Azərbaycan Partiyasının yaradılmasının 20 illiyinə dair tədbirlər planı müzakirə olunaraq, təsdiq edilib. Eyni zamanda, partiya fəaliyyətinin müxtəlif istiqamətləri ilə bağlı zəruri qərarlar qəbul olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51