Fuad Əliyev ABŞ-a səfərini müzakirəyə çıxarıb
Bu gün Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) ALDP sədri Fuad Əliyevin rəhbərliyi ilə Sədr Aparatının növbəti iclası keçirilib. İclasda ölkədəki ictimai-siyasi durum, ALDP sədrinin ABŞ-a planlaşdırılan səfəri və cari məsələlər müzakirə olunub.
İclasda ALDP sədri Fuad Əliyev aprelin 26-da ABŞ-a nəzərdə tutulan görüşlər barəsində toplantı iştirakçılarına məlumat verdi. ALDP sədri Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) həmtəsisçi olan ACP lideri Rəsul Quliyev və ABŞ Dövlət Departamentində, Senatda, Konqresdə görüşlərinin nəzərdə tutulduğunu bildirdi. Fuad Əliyev görüşlərdə Azərbaycandakı siyasi vəziyyət, Seçki Məcəlləsinə edilən dəyişikliklər, insan haqqları, söz azadlığı və 2013-cü ildə keçiriləcək prezident seçkiləri ilə bağlı müzakirələrin aparılacaqını qeyd etdi: ?Bu görüşlərin müsbət nəticə verəcəyinə ümidəm?.
Daha sonra iclasda DCUMH 24 iyun 2012-ci ildə keçiriləcək
mitinq-yürüşlə bağlı ALDP-nin iştirakı müzakirə olunub və hazırlıqla
bağlı tapşırıqlar verilib.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51