Çempionlar Liqasında yarımfinal mərhələsinin cavab oyunları "Barselona" üçün ağır sonluqla bitib. Ötən turnirin qalibi "Barselona" doğma meydanda "Çelsi"ni qəbul edib. Londonda keçirilən ilk oyunda rəqibinə 0:1 hesabı ilə uduzan "Barselona" həmin məğlubiyyətin əvəzini çıxmağa çalışasa da, buna nail ola bilməyib. Oyun "Barselona" üçün yaxşı başlayıb. İlk hissənin sonlarında 2:0 hesabı ilə irəli keçən "Barsa" az sonra qapısında qol görüb. Fasilədən sonra da oyunda dönüş yarada bilməyən "Barselona" yarımfinalda mübarizəni dayandırıb - 2:2. Qeyd edək ki, bu gün digər yarımfinal mərhələsinin oyunu çərçivəsində Madridin "Real" klubu öz meydanında "Bavariya"nı qəbul edəcək. Almaniyada baş tutan ilk görüş 2:1 hesabı ilə Münhen təmsilçisinin xeyrinə başa çatıb.