[center][b]?Çelsi? isə rəqibini darmadağın etdi[/b][/center] Dünən axşam saatlarında İngiltərə Primyer liqasında bir sıra mapaqlı oyunlar baş tutub. Liderlik uğurunda mübarizə aparan ?Mançester Siti? öz meydanında o qədər də güclü olmayan ?Sanderland?la qarşılaşmadan istədiyi nəticəni nəinki ala bilib, hətta məğlubiyyətdən güclə yaxa qurtarıb. Qarşılaşmanın 31-ci dəqiqəsində ?Sanderland? Sebastyan Larssonun qolu ilə hesabda önə çıxıb, 42-də isə Mario Balotelli penaltidən hesaba tarazlıq gətirib. Bu qoldan cəmi 3 dəqiqə sonra isə rəqib komanda Niklas Bendtnerin gözəl qolu ilə fasiləyə üstün yollanıb. Fasilədən sonra ?Mançester?in təzyiqləri artırıb, qələbə qazanacağını düşünən azarkeşlər isə 55-ci dəqiqədə şoka düşüblər. Belə ki, ilk qolun müəllifi Larsson 55-ci dəqiqədə öznünün 2-ci, komandasının isə 3-cü qolunu ev sahiblərinin qapısından keçirib. Artıq məğlubiyyətdən yaxa qurtarmağa çalışan Mançini münasibətləri son həftələr qaydaya saldığı Tevezlə David Pizarronu meydana daxil edib. Lakin yenə də səhnədə 85-ci dəqiqədə Mario Balotelli özünü göstərib ? 2-3. Bu qoldan cəmi 1 dəqiqə sonra isə Aleksandar Kolarov hesaba bərabərlik gətirən qola imza atıb ? 3:3. Dünən ?Arsenal? səfərdə ?Q.Park Rangers?in müqavimətini qıra bilməyib. Arsen Vengerin komandası səfərdə 2:1 uduzub. Məşqçi dəyişikliyindən sonra özünə gəlməyə başlayan ?Çelsi? isə səfərdə ?Aston Villa?nı darmadağın edib ? 2:4.