Bu gün Dalğa Gənclər Hərəkatının üzvləri Suriyaya dəstək kampaniyası çərçivəsində Türkiyənin Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriblər. Aksiyada 20-yə yaxın ?Dalğa?çı gənc iştirak edib. "More decidive more democatic", "Qonşunuza sahib çıxın" və "Suriyaynın imdadına yetişin" şüarları ilə keçirilən aksiyaya polis müdaxiləsi olsa da, aksiya iştirakçılarından saxlanılanlar olmayıb. Qeyd edək ki, Dalğa Gənclər hərəkatı Suriyaya dəstək kampaniyası çərçivəsində bundan əvvəl Rusiya, Çin, İran və ABŞ-ın ölkəmizdəki səfirliklərinin qarşısında aksiya keçiriblər.