Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət, Azərbaycan Yaşıllar Partiyasının (AYP) sədri Mayis Güləliyev və Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev arasında görüş keçirilib. Görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, dünyada və Azərbaycanın daxil olduğu siyasi coğrafiyada baş verən mühüm proseslər, ALP, AYP və VİP arasındakı yaxın və uzaq perspektiv üçün əməkdaşlıq formaları və 3 partiyanın digər siyasi və qeyri-siyasi birliklərlə münasibətləri müzakirə olunub. Bu sırada son günlərdə ALP, AYP və VİP-ə Ədalət Partiyası tərəfindən irəli sürülmüş əməkdaşlıq təkilfinə dair geniş fikir mübadiləsi aparılıb. Müzakirələrdə ALP sədri Əvəz Temirxan da iştirak edib.