Azərbaycan Liberal Partiyası (ALP) İctimai Palatanın 22 aprel mitinqinə dəstək vermək qərarına gəlib. Bu barədə MİA-ya ALP sədri Əvəz Temirxan məlumat verib. Partiya sədri deyib ki, ALP İctimai Palatanın mitinqinin tələblərini bölüşür və bu yöndə ona dəstək vermək fikrindədir: ?Biz partiya üzvlərimizə İctimai Palatanın mitinqində iştirak etməyə hər hansı qadağa qoymamışıq. Əksinə, 22 aprel mitinqində iştirak etmələrini məqbul sayırıq?.