Avropa Liqasında yarımfinal mərhələsinin ilk oyunlarını çərçivəsində 3 İspaniya klubundan ikisi dünən axşam Madriddə üz-üzə gəlib. Madridin "Atletiko" klubu öz meydanında "Valensiya"nı qəbul edib. Bu görüşdə "Atletiko" doğma meydan amilindən maksimum yararlanmaqla qələbə qazanmağa çalışacaqdı ki, bunu bacarıb - 4:2. Günün digər matçı isə Portuqaliyada baş tutub. Burada yerli "Sportinq" klubu İspaniyanın digər təmsilçisi "Atletik" (Bilbao) komandası ilə qarşılaşıb. Fasilədən sonra hesabı açan qonaqlar bu üstünlüklərini sonadək qoruya bilməyiblər - 1:2. Qeyd edək ki, bu komandalar arasında cavab matçı bir həftə sonra keçiriləcək.