İspaniya La Liqasında 32-ci turun oyunlarına start verilib. Dünən axşam saatlarında öz meydanında "Espanyol"u qəbul edən "Osasuna" inamlı qələbə qazanıb. İkinci hissədə 2 dəfə fərqlənən meydan sahibləri görüşdən 3 xalla ayrılıb. Səfərdə "Real" (Sosyedad) klubunun qonağı "Betis" isə meydandan sülhlə ayrılıb. Hərəyə bir dəfə fərqlənən komandalar görüşdən 1 xalla ayrılıblar - 1:1. Öz meydanında "Qetafe" ilə qarşılaşan "Barselona" isə darmadağınla yadda qalıb. Rəqibini 4 cavabsız qolla məğlub edən Kataloniya təmsilçisi xalını 78-ə yüksəldib və bununla da lider ?Real Madrid?lə aralarındakı xal fərqini 1-ə endirib. Qeyd edək ki, 32-ci turun qalan görüşləri bu axşam və sabah keçiriləcək.