Gənclər ABŞ səfirliyi önündə aksiya keçirdi
Bu gün ?Dalğa? Gənclər Hərəkatının (Dalğa GH) üzvləri Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin qarşısında aksiya keçiriblər. ?Suriya dekadası? çərçivəsində baş tutan aksiyada ABŞ-ın Suriya məsələsində daha qətiyytli olması istənilib və bu yöndə qəbul olunan qərarlara dəstək nümayiş etdirilib.
20-yə yaxın gəncin iştirak etdiyi aksiyada ?B. Obama be more decisive! (Barak Obama daha qərarlı ol!) və ?Courage the basis of all human qualities? (Cəsarət insan keyfiyyətlərinin ən əsasıdır) şüarları qaldırılıb.
Aksiya polis müdaxiləsi olsa da saxlanılan olmayıb.
Qeyd edək ki, Hərəkət üzvləri dekada çərçivəsində bundan əvvəl Rusiya, Çin və İran Səfirliyi qarşısında həmin ölkələrin Suriya rejimini dəstəklədikləri üçün etiraz aksiyası keçiriblər.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51