Siyavuz Novruzov: ?Müxalifət Leninə sitayiz edir?
?Müxalifət nümayəndələri onsuz da Leninin ənənələri ilə yaşayıblar və bu gün də həmin ənənələri yaşatmağa çalışırlar, proletariatın dahi rəhbərinin tezislərindən mənəvi dəstək alırlar?.
Bunu millət vəkili Siyavuş Novruzov İctimai Palatanın aprelin 22-nə (Leninin doğum günü) təyin etdiyi aksiyasına münasibət bildirərkən deyib. O, deyib ki, bolşevizmin gətirdiyi ruhu müxalifət Azərbaycana gətirməyə çalışır: ?Bolşeviklərin ideyalarını və etdiklərini təkrar edən müxalifət nümayəndələri də zamanında pinəçini rayon icra hakimi, "dvorniki" hansısa nazirliyə nazir müavini təyin edirdilər. Çünki onların ətrafına yığılan, fikirlərini dəstəkləyən kütlə elə bu şəxslərdən ibarət idi. Yəni müxalifətin sosial bazası o illərdən dağılmağa başlayıb. Hakimiyyətdən getmələrini ayrı-ayrı səbəblərlə əlaqələndirsələr də, bunun əsas səbəbi idarəçilik anlayışlarının olmaması idi. Onlar hakimiyyətə gələndə Azərbaycanda prezident, parlament sədri və baş nazir akademiyada laborant işləyirdilər. Bu üçlükdən hansı dövlətçilik siyasəti gözlənə bilərdi ki? Bu insanlar Azərbaycanı idarə etmək iqtidarında deyildilər. Bütün bunlarla yanaşı, Leninin onların ən əziz insanları olduğunu qeyd etmək istərdim. Onlar Leninə sitayiş edirlər, desək yəqin ki, hamı bunun həqiqət olduğuna şübhə etməz?.
sia
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51