İctimai Palatanın Koordinasiya Şurası bu gün keçirilən toplantıda Bakı Şəhər İcra Hakimiyyətinin təklif etdiyi yerdə icazəli mitinq keçirmrəklə bağlı razılığa gəlib. İctimai Palata 22 aprel yürüş-mitinqini Bakı Meriyasının tövsiyyəsinə əsasən Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətində keçirəcək. Yürüş-mitinq saat 16:00-da baş tutacaq.