?Jurnalistlər ?Facebook? sosial şəbəkəsində zarafatla yazdığım qeydi xəbərə çeviriblər. Bu, peşə etikasına ziddir?. Bu sözləri Kulis.az-a verdiyi açıqlamada ?525-ci qəzet?in baş redaktoru, Yazıçılar Birliyinin katibi Rəşad Məcid deyib. Rəşad Məcid deyib ki, Anarın səriştəsiz jurnalistlər haqqında yazdığı "Nə yemisən, turşulu aş" hekayəsi ?525-ci qəzet?də yenidən çap oluna bilər. Amma Anarın təzə həcvi yoxdur. Əməkdaşımızın ?Siz demisiniz ki, mən həcv yazsam gərək Seymur Baycan ölkədən qaça. Anar həcv yazdı və heç kim ölkədən qaçmadı. Siz Anardan daha yaxşı yazacaqsınız?? sualına belə cavab verib: ?Mən şeirin ustasıyam. Anar müəllim isə şair deyil, yazıçıdır. Bu mənada mənim şeiri Anar müəllimdən yaxşı yazmağım normaldır?. KULİS+