Sürət Hüseynovu Gəncəyə buraxmaq istəməyiblər
Keçmiş baş nazir Sürət Hüseynov bir neçə gün öncə Azərbaycana gəlib. Bu barədə Müstəqil İnformasiya Agentliyinə məlumat verən mənbənin sözlərinə görə, keçmiş baş nazir Rusiyadan qayıdarkən Gəncə hava limanında problemlə üzləşib.
Belə ki, təyyarədən enən S.Hüseynovun sənədləri yoxlanan zaman onu şəhərə buraxmaq istəməyiblər. Lakin aparılan danışıqlardan sonra problem həll olub. Keçmiş baş nazirin ölkəyə gəlişi aprelin 14-də anasının il mərasimində iştirak etmək olub. Deyilənə görə, S.Hüseynovu hakimiyyətin yuxarı dairələrindən verilən tapşırıq əsasında şəhərə buraxmaq istəməyiblər. Buna səbəb isə onun yeni təşkilat yaradaraq aktivləşməsi barədə informasiyaların hakimiyyəti narahat etməsi olub.
Onu da nəzərə çatdıraq ki, Sürət Hüseynov neçə vaxtdır ki, Rusiyada yaşayır. Onun qonşu ölkədə böyük biznesi olduğu bildirilir.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51