Sumqayıtla Gəncəyə 10 milyon ayrıldı
Prezident İlham Əliyev Sumqayıt şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncmda Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Sumqayıt Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılması nəzərdə tutulur.
Prezident həmçinin Gəncə şəhərində yenidənqurma və abadlıq işlərinin davam etdirilməsi ilə bağlı tədbirlər haqqında sərncam imzalayıb. Bu sərəncama görə isə Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan yenidənqurma, abadlıq və yaşıllaşdırma işlərinin davam etdirilməsi üçün Gəncə Şəhər İcra Hakimiyyətinə 5,0 (beş) milyon manat ayrılacaq.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 17:00
2026-04-07 14:05
2026-04-07 13:54
2026-04-07 12:45
2026-04-06 17:00
2026-04-06 13:25
2026-04-05 17:19