Mirəlioğlunun tərəfdarları Ədliyyə Nazirliyini məhkəmə verdi
KAXCP funksionerləri, publisist Mehriban Vəzirlə Elçin Abdullayev Ədliyyə Nazirliyini məhkəməyə veriblər. Səbəb nazirliyin adıçəkilən siyasilərin təsis etdikləri ?Media və Demokratiya? İnstitutu İctimai Birliyini dövlət qeydiyyatına almaqdan müxtəlif bəhanələrlə imtina etmələridir.
Bu barədə Müstəqil İnformasiya Agentliyinə daxil olan məlumatda bildirilir ki, Mehriban Vəzirlə Elçin Abdullayevin təşkilatlarını qeydiyyata aldırmaq üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsində tələbləri rədd olunub. Lakin adıçəkilənlər apellyasiya şikayəti verərək, sonadək mübarizə aparmaq niyyətindədirlər: ?Artıq Mehriban Vəzirlə Elçin Abdullayevin Ədliyyə Nazirliyinə qarşı şikayətləri Bakı Apellyasiya Məhkəməsində hakim Valeh Ağayevin sədrliyi ilə icraata qəbul olunub və aprelin 10-da işə baxılacaq?.
Məlumat Bakı Apellyasiya Məhkəməsindən təsdiq olunub.
DİGƏR XƏBƏRLƏR
2026-04-07 13:11
2026-04-06 15:21
2026-04-06 12:57
2026-04-06 12:07
2026-04-05 18:12
2026-04-05 10:16
2026-04-04 21:51