İspaniya La Liqasının 31-ci turunda növbəti oyunlar keçirilib. İkinci oyun günündə öz meydanında "Atletiko" (Madrid) klubunu qəbul edən "Levante" inamlı qələbə qazanıb. Rəqibini 2 cavabsız qolla məğlub edən meydan sahibləri xalını 48-ə yüksəldib. Səfərdə "Atletik" (Bilbao) klubunun qonağı olab "Sevilya" isə turu məğlub başa vurub. Matçın 47-ci dəqiqəsində Lorentenin vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0. Madridin "Real" klubu isə doğma meydanda "Valensiya" ilə qarşılaşıb. Lakin bu görüşdə tərəflərin səylərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. Bununla da, "Real"la "Barselona" arasındakı xal fərqi 4-ə enib. Qeyd edək ki, 31-ci tura bu axşam keçiriləcək "Malaqa" - "Santander" matçı ilə yekun vurulacaq.