İngiltərə Premyer Liqasında 33-cü turun oyunlarına start verilib.Doğma azarkeşləri önündə "Norviç"i qəbul edən "Tottenhem" turu məğlub başa vurub. Fasiləyə 1:1 hesabı ilə yollanan meydan sahibləri ikinci hissədə daha bir qol buraxıb - 1:2.Öz meydanında "Bolton"la qarşılaşan "Nyukasl" isə inamlı qələbə qazanıb. Rəqibini 2 cavabsız qolla məğlub edən "Nyukasl" xalını 59-a yüksəldib.Londonun digər təmsilçisi "Çelsi" isə səfərdə "Fulhem"in qonağı olub. Bu görüşdə qalib müəyyənləşməyib. Hərəyə bir dəfə fərqlənən komandalar meydandan 1 xalla ayrılıb - 1:1. Qeyd edək ki, 33-cü turun oyunları bu axşam və sabah keçiriləcək.[center][/center]