Praqada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyevin Çexiya prezidenti Vatslav Klausla geniş tərkibdə görüşü keçirilib. Görüş hər iki ölkənin nümayəndə heyətlərinin iştirakı ilə baş tutub. Bu gün həmçinin İlham Əliyevin Vatslav Klausla təkbətək görüşü olub. Rəsmi qarşılanma mərasimindən sonra prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın Çexiya prezidenti Vatslav Klaus və xanımı Livia Klausova ilə birgə görüşü olub.