Bakı şəhər İcra Hakimiyyəti İctimai Palatanın mitinqlə bağlı müraciətinə cavab verib. Meriya mitinq keçirmək üçün İctimai Palataya Bibiheybət qəsəbəsi, 20-ci sahə, Sürücülük Məktəbinin həyətindəki meydançada keçirilməsi təklif edilib. İctimai Palatanın Koordinasiya Şurası BŞİH-dən gələn cavab məktubunu müzakirə edərək aksiyasının Bibiheybətdə keçirilməsinnə razı olub. Qeyd edək ki, müxalifətin uzun illərdən sonra keçirəcəyi ilk mitinq olacaq. Sonuncu kütləvi mitinq 2005-ci ilin noyabr ayında keçirilib. O zaman keçirilmiş parlament seçkilərinin nəticələrinə etiraz edən ?Azadlıq? blokunun mitinqi polis tərəfindən dağıdılmışdı.